SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Hakkari bölgəsində çəkilən maraqlı görüntülər sosial şəbəkələrdə böyük müzakirələr səbəb olub.

BAKU.WS xəbər verir ki, Hakkaridə vətəndaşlardan biri nadir baş verən meteoroloji hadisəni çəkib. Belə ki, səmada iki günəşin əks olunduğu görünüb.

“Saxta günəş” adlanan bu təbiət hadisəsinin nadir hallarda baş verdiyi məlumdur. Hamza Akkurt adlı vətəndaş bunun görüntülərini çəkib və sosial şəbəkələrdə paylaşıb. Sonradan fotolar yayılıb və “səmada 2 günəş doğdu” başlığı ilə yayılmağa başlayıb. Hətta bu nadir hadisə mətbuatda da yayımlanıb.

Həmin fotoları təqdim edirik:

Cavid Babayev
BAKU.WS
QALEREYA