SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni il gecəsini hansı şəhərlər ən möhtəşəm qeyd edir? Yeni il müxtəlif ölkələrdə eyni həvəslə, eyni ruh yüksəkliyi, eyni coşqu ilə qarşılanır.

BAKU.WS xarici mətbuata istinadən Yeni ili qarşılamaq üçün ölkələrin siyahısını təqdim edir:

Barselona

Barselona Yeni il ərəfəsində unudulmaz əylənmək üçün doğru ünvandır. Milad bayramlarında bu şəhərin küçələri rəngarəng və işıqlıdır. İspanlar dekabrın 31-nə keçən gecə saat 12-də ağızlarına onlarla üzüm atmaq ənənəsini yaşadırlar.

Onlar inanırlar ki, bu, il boyu onlara uğurlar gətirəcək. Barselonanın ən məşhur küçəsi Las Ramblasda toplaşan izdiham səhərə qədər əyləncədən həzz alır.

Amsterdam

Şəhərin ürəyi həmişə Dam meydanında döyünür, xüsusən də Yeni il gecəsi. Şəhərdə əylənmək üçün hər kəsə açıq küçə əyləncələri insanları bayram günü coşqulandırır. Bu şəhərdə atəşfəşanlıq nümayişləri saatlarla davam edir.

Berlin

Berlin elə bir şəhərdir ki, insan bütün hüceyrələrində Yeni il coşqusunu hiss edir. İşıqlı küçələrdə səhərə qədər davam edən əyləncədən həzz almaq Berlinə üz tutmaq olar. Hər Yeni il ərəfəsində Brandenburq Qapısında kulminasiya nöqtəsinə çatan atəşfəşanlıq festivalı göz qamaşdırır.

 Nyu-York

Tayms Meydanına toplaşan minlərlə izdihama qoşulmaq və meydanın ortasında Yeni il ərəfəsində "Ball Drop" ritualını görmək unudulmaz əyləncə deməkdir. 1907-ci ildən bəri hər Yeni il gecəsi Tayms Meydanında bir binanın üstündən nəhəng kristal kürə endirilir. Şəhər əhalisi bu ənənəni "Ball-Drop" adlandırırlar. Meydanda məşhur müğənni və qrupların konsertləri, atəşfəşanlıq şouları səhərin ilk işığına qədər davam edir.

London

"Trafalgar" meydanında küçə əyləncələri ilə yeni ilə girmək daha da gözəl hissdir. "Biq Ben"in zəngləri saat 12-də çalındıqda hamı bir-birini təbrik edərək coşqulu səhnəyə şahid olur. Yeni il ərəfəsində Londonda opera və musiqinin ürəyi olan "Convent Garden" və küçə konsertləri ilə dolu "Lester" meydanı əyləncə üçün müxtəlif seçimlər axtaranları cəlb edir.

Moskva

Moskvanın qarla örtülmüş "Qırmızı Meydanı"nda soyuq hava nağıl atmosferində əyləncənin pik həddə çatmasına mane olmur. Saat 12-də əyləncəni möhtəşəm atəşfəşanlıq müşayiət edir.

Paris

Paris Avropanın ən romantik şəhəri hesab olunur. Küçələr rəssamların əsərləri ilə bəzədilir və işıqlandırılır. Küçələrdə kiçik Milad bazarları çox əyləncəli hava yaradır. Dekabrın 31-nə keçən gecə Eyfel qülləsi ətrafında və Yelisey bulvarında əyləncə ən yüksək həddə çatır.

BAKU.WS