SİZİN REKLAM BURADA!
055 213 76 73


2024-cü ildə film və kino sahəsinin ən yaxşılarının mükafatlandırıldığı “Oscar” mərsiminə dəyişiklik edilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 96-cı dəfə keçiriləcək mötəbər tədbir gələn ilin martın 10-da baş tutacaq. Mərasim 1 saat tez başlayacaq. Normalda saat 20:00-da başlayan mükafatlandırma, bu dəfə saat 19:00-da start götürəcək.

Mötəbər tədbir “ABC” kanalında saat 18:30-dan etibarən canlı yayımlanmağa başlayacaq.

Dünya şöhrətli aparıcı Cimmi Kimmel artıq dördüncü dəfə “Oscar”ın aparıcılığını edəcək.

Xatırladaq ki, bu il keçirilən "Oscar" mərasimi bir çox maraqlı anlarla yadda qalıb. “Everything Everywhere All at Once” filminiin 7 mükafat qazanmağı, Rihannanın ilk “Oscar” performansı, aparıcı Cimmi Kimmelin Uill Smitin vurduğu şilləyə eyham vurması və bir çox unudulmaz məqamlar gecəni əlamətdar edib.

BAKU.WS