İstanbulda güclü fırtına: Bir nəfər öldü, istinad divarları uçdu, yollar gölə çevrildi - FOTO
İstanbulda yağan leysan yağış səbəbindən vətəndaşlar çətin anlar yaşayıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Eyüpsultanda gecəqondu və Bağcılarda məktəbin yanındakı istinad divarı uçub.
Məlumata görə, bir çox yerdə yollar gölə dönüb.
Fırtına səbəbindən 20 yaşlı kuryer işıq dirəyinin üstünə aşması nəticəsində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Büyükçekmece Beykent Sənaye məhəlləsində bəzi küçələri su basıb. Gölməçələrdən keçməyə çalışan avtomobillərdə nasazlıq yaranıb. Bəzi avtomobillər yarıya qədər suya qərq olub.
Bakırköydə də yağan yağışdan sonra sahil yolunun bir hissəsini su basıb.
Eyüpsultanda istinad divarının uçması nəticəsində 3 gecəqondu boşaldılıb. Bəzi gecəqondular torpaq sürüşməsi nəticəsində dağılıb.
Həmçinin Bağcılar Yavuz Səlim məktəbinin yanında yerləşən tikintinin istinad divarı güclü yağış səbəbindən uçub.
Qalereya
Oxşar xəbərlər
Sahildə fırtına, Şərqdə qar - Türkiyə qeyri-sabit havanın ağuşunda - FOTO
Türkiyədə müşahidə olunan qeyri-sabit hava şəraiti 2 gündür ki davam edir. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin bir tərəfində qarlı hava, di...