SİZİN REKLAM BURADA!
055 213 76 73


Karyerası və şəxsi həyatı ilə gündəmdən düşməyən müğənni Hadise yeni açıqlamaları ilə marağa səbəb olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi yutub layihələrindən birinə qonaq olaraq ona şəxsi həyatı ilə bağlı ünvanlanan sualları cavablandırıb.

Müsahibə zamanı ifaçıya verilən "Özündən ayrılma səbəbin nə olardı" sualının cavabı isə sosial şəbəkələrin ən çox danışılan və müzakirə edilən predmeti olub.

Hadise bu sualı belə cavablandırdı:

"Hadise münasibətdə çox sadiq qadındır. Məni heç vaxt bununla vura bilməzlər. Bir münasibətə başlayıramsa, bütün fikirim o insandadır. İşimi də sevirəm. Amma mən olsam Hadisedən ayrılamaram. Vallah, Hadise gözəl qadındır. İşimi sevsəm də, qarşımdakı adama dəyər verirəmsə, həyatımı buna görə tənzimləyirəm. O insana özünü dünyada tək kişiymiş kimi hiss etdirirəm. Amma o da buna hazır olmalıdır. Hazır deyilsə bunu edə bilmərəm. Amma hazırdırsa ona dünyaları verə bilərəm. O insan üçün hər şeyi edə bilərəm".

Səmimi müsahibədə Hadise mənfi xsusiyyətlərindən də danışıb. O sevmədiyi üç xasiyyəti olduğunu bildirib:

"Xaricə gedəndə çamadanımı son dəqiqə yığıram. Çox tez panikaya düşürəm. Edəcəyim ödənişləri ikinci bildiriş gələnə qədər gecikdirirəm".

Qeyd edək ki, Hadise sonuncu dəfə iş adamı Mehmet Dinçerlerlə bir il eşq yaşayıb sonra evlənmişdi. Cütlük 2022-ci ilin oktyabrın 1-də qalmaqallı şəkildə boşanıb. 

BAKU.WS