Oğlu Bred Pitt haqqında: "Həqiqətlər bir gün üzə çıxacaq, lənətə gəlmiş dəhşətli insan" - FOTO

Məşhur aktyor Bred Pittin oğlu Paksın 3 il əvvəlki paylaşımı ortaya çıxıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o paylaşımında Pitti yaxşı ata olmamaqda ittiham edib.

O bildirib ki, Bred onun anası Ancelinanın və bacı qardaşlarının həyatını cəhənnəmə çevirib.

"Daily Mail"də yer alan məlumata görə oğlu "Bir Zamanlar Hollywood'da" filminə görə Oscar qazanan atası Bredin fotosunu paylaşaraq bunları yazıb:
"Mənə ən yaxın olan adamların həyatını həmişə cəhənnəmə çevirdin. Özünə və bütün dünyaya istədiyini deyə bilərsən. Amma bütün həqiqətlər bir gün üzə çıxacaq. Atalar günün mübarək olsun. Sən lənətə gəlmiş dəhşətli insansan".

Oxşar xəbərlər
Bred Pittin universitetə qəbul olan qızı soyadından imtina edtdi - FOTO
Məşhur aktyorlar Ancelina Coli ilə Bred Pittin 18 yaşlı qızı Zahara universitetə qəbul olub. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Spelman Universitet...
