Türkiyədə yataqxanada 5 oğlan uşağına təcavüz edən tərbiyəçi azadlığa buraxılıb - FOTO

21
noy
2023
13:08
Türkiyədə, Antalyanın Alanya rayonunda müəllim özəl yataqxanada 5 oğlana qarşı cinsi istismarda ittiham olunur.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, zorakılıqda günahlandırılan 20 yaşlı tərbiyəçi saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Ardınca isə ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi işə qarışıb.
Belə ki, qurum rəsmiləri yataqxanada tərbiyəçinin 5 şagirdi zorakılığa məruz qoyması ilə bağlı şikayətçi olduqlarını, araşdırma aparılacağını və cinayətkarların ən ağır cəzanı alması üçün prosesi ciddi nəzarətə götürdüklərini açıqlayıb.

Oxşar xəbərlər
Keçmiş məktəb direktoruna cinsi istismardan 15 il həbs cəzası
Avstraliyada keçmiş direktor şagirdlərə cinsi təcavüz etdiyinə görə 15 il həbs cəzasına məhkum edilib. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə...
