Ankarada qızlar yataqxanasında lift qırıldı - VİDEO
17
noy
2023
13:14
Türkiyənin paytaxtı Ankarada lift qəzası baş verib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə "Çubuk" qızlar yataqxanasında qeydə alınıb.
Məlumata görə, içində tələbələri olduğu liftin əyləc sistemlərində nasazlıq yaranıb və lift 3-cü mərtəbədən mənfi 1-ci mərtəbəyə düşüb.
Hadisə zamanı xəsarət alan olmasa da, tələbələr yataqxana işçiləri tərəfindən liftdən çıxarılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Liftdə ölən gənc qızın güzgüyə yazdıqları ürək dağladı - FOTO/VİDEO
Türfkiyənin Aydın şəhərində yerləşən Güzelhisar Qızlar Yataqxanasında faciəvi hadisə baş verib. Hadisə zamanı 20 yaşlı tələbə qız ölüb. Belə ki, yataqxananın li...