Liftdə ölən gənc qızın güzgüyə yazdıqları ürək dağladı - FOTO/VİDEO
Türfkiyənin Aydın şəhərində yerləşən Güzelhisar Qızlar Yataqxanasında faciəvi hadisə baş verib. Hadisə zamanı 20 yaşlı tələbə qız ölüb.
Belə ki, yataqxananın liftinə 16 nəfər minib. Halbuki lift 15 nəfərli olub. Nəticədə liftdə nasazlıq yaranıb. Lift iki mərtəbənin arasında dayanıb. Panikaya düşən Zeren Ertaş liftdən çıxmağa çalışıb. Nəticədə lift hərəkət edib. Gənc qız liftlə divarın arasında qalaraq can verib.
Hadisədən sonra əraziyə xilasedicilər cəlb edilib. Digər 15 nəfər liftdən çıxarılıb.
Hadisə zamanı ölən gənc qızın meyiti ailəsinə təhvil verilib.
Hadisədən sonra digər tələbələr yataqxananın ərazisinə toplaşıblar və rəhbərliyin faciəyə görə cəzalanmasını tələb ediblər.
Qeyd edək ki, Zeren Ertaşın ölümündən sonra sosial şəbəkələrdə onun xatirəsi anılıb. Onun bir neçə gün əvvəl həmin liftin güzgüsünə yazdığı cümlə paylaşılıb.
Gənc qız güzgüdə yazıbmış: “Yalnız ölülər görür”.
Bu paylaşım sosial şəbəkələrdə sürətlə yayılıb və izləmə rekordu qırıb. Hər kəs onun bu sözünü paylaşaraq üzüldüyünü bildirib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibə...