Üç gün sonra boşanacaqdılar: Əvvəlcə arvadını, sonra özünü öldürdü - FOTO
Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda ər və arvadın mübahisəsi ölümlə bitib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 00.30 radələrində rayonun Soğukkuyu məhəlləsində baş verib.
Əldə edilən məlumata görə, bir müddətdir anlaşa bilməyən və 3 gün boşanma məhkəmələrinin olacağı bildirilən 38 yaşlı Çiğdem Dıvrak və 43 yaşlı Ərdoğan Dıvrak yataq otağında mübahisə ediblər.
Mübahisə böyüməsi ilə Ərdoğan Dıvrak əlindəki silahla həyat yoldaşı Çiğdemi vurub.
Bir müddət sonra Ərdoğan Dıvrak eyni silahdan özünə atəş açaraq intihar edib.
Cütlüyün 19 və 12 yaşlı övladları olduğu və faktla bağlı istintaqın davam etdiyi bildirilir.
Qalereya
Oxşar xəbərlər
Bələdiyyə sədrinin 85 yaşlı qaynatası 86 yaşlı arvadını öldürüb intihar etdi - FOTO
Türkiyənin Giresun vilayətinin Alucra rayonunda yaşayan Ali Sağlık adlı 85 yaşlı kişi həyat yoldaşı 86 yaşlı Fatma Sağlıkı ov tüfəngi ilə öldürərək intihar edib...