Bələdiyyə sədrinin 85 yaşlı qaynatası 86 yaşlı arvadını öldürüb intihar etdi - FOTO
Türkiyənin Giresun vilayətinin Alucra rayonunda yaşayan Ali Sağlık adlı 85 yaşlı kişi həyat yoldaşı 86 yaşlı Fatma Sağlıkı ov tüfəngi ilə öldürərək intihar edib.
BAKU.WS xəbər verir ki, yaşlı cütlük Alucra rayonunun bələdiyyə sədri Suat Aybarın qayınatası və qayınanası olub.
Daha sonra ikilinin 2018-ci ildə TRT-də yayımlanan "Ömür Dediyin" adlı verilişin 168-ci bölümünün qonağı olduğu üzə çıxıb. Proqramın əsas mövzusu əksəriyyətinin yaşı yarım əsrdən çox olan qoca cütlüklərin həyatları və qazandıqları təcrübələrdir.
Cinayətə gəlincə isə, məlumata görə, Ali Sağlık rayonun Hacıhəsən kəndindəki evində həyat yoldaşı Fatma Sağlıka ov tüfəngi ilə atəş açıb, daha sonra isə həmin tapança ilə intihar edib. Silah səslərini eşidən kənd sakinləri evə gələndə qoca ər-arvadın qan içində yerdə uzandığını görüblər.
Hadisə yerinə gələn sağlamlıq və jandarma qrupları tərəfindən cütlüyün həyatını itirdiyi müəyyən edilib. Əli və Fatma Sağlık cütlüyün cəsədləri Ədliyyə Tibb Qurumuna göndərilib.
Ali Sağlık qanlı cinayətdən 1 həftə öncə bütün mülkünü və pulunu dövlətə bağışlayıbmış.
Qalereya
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...