SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, aktyor Tamer Karadağlının Dövlət Teatrlarının baş direktoru təyin edilməsini tənqid edənlərə cavab verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, iclaslardan birində bu barədə danışan nazir Karadağlının çox bacarıqlı və qabiliyyətli aktyor olduğunu vurğulayıb:

"Tamer Karadağlı çox uğurlu bir aktyordur. Ləyaqətli insandır və mən baş onun baş direktorluq vəzifəsini tam dəstəkləyirəm. Şekspiri ingilis dilində oynayan ikinci bir adam tanımıram. Türkiyədə belə bir ikinci adam varsa deyin. Əminəm ki, çox uğurlu işlər görəcəyinə adım kimi əminəm".

Qeyd edək ki, bu ilin avqustunda azərbaycanəsilli türk aktyor Tamer Karadağlı Türkiyə Dövlət Teatrlarının baş direktoru vəzifəsinə təyin olunub. Qərar Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunub.

BAKU.WS
VİDEO