Çimərlikdə qadını ildırım vurub öldürdü - ANBAAN VİDEO
16
noy
2023
17:04
Kolumbiyada çimərlikdə 34 yaşlı venesuelalı qadını ildırım vuraraq öldürüb.
BAKU.WS xəbər verir ki, hadisə Karib dənizi sahilində, Kartagena ştatında çimərlikdə baş verib.
Belə ki, çimərlikdə dənizə baxan venesuelalı qadını ildırım vurub.
Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına əks olunub. Görüntülərdən də aydın olur ki, ildırım vuran qadın həmin an yerə yıxılır.
Ürəyi dayanan 35 yaşlı qadın xəstəxanaya aparılır. Həkimlərin 45 dəqiqə davam edən səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibə...