Çimərlikdə qadını ildırım vurub öldürdü - ANBAAN VİDEO

Çimərlikdə qadını ildırım vurub öldürdü - ANBAAN VİDEO
Video
Siyasət 0

Kolumbiyada çimərlikdə 34 yaşlı venesuelalı qadını ildırım vuraraq öldürüb.

BAKU.WS xəbər verir ki, hadisə Karib dənizi sahilində, Kartagena ştatında çimərlikdə baş verib.

Belə ki, çimərlikdə dənizə baxan venesuelalı qadını ildırım vurub.

Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına əks olunub. Görüntülərdən də aydın olur ki, ildırım vuran qadın həmin an yerə yıxılır.

Ürəyi dayanan 35 yaşlı qadın xəstəxanaya aparılır. Həkimlərin 45 dəqiqə davam edən səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur.

Son xəbərlər