Fransa Bəşər Əsədin həbsinə order verib
Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin həbsinə order verib.
Bu barədə AFP məlumat yayıb.
O, 2013-cü ildə kimyəvi silahdan istifadə etməkdə ittiham olunub.
Fransanın kriminal hakimləri Suriya prezidenti Bəşər Əsəd və onun üç tərəfdaşını Suriyanın mülki əhalisinə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etməkdə ittiham edib. İddia 2013-cü ilin avqustunda Suriyada kimyəvi silahdan istifadə ilə bağlı qaldırılıb (Paytaxt Dəməşqin yaxınlığındakı Duma şəhəri).
Qeyd olunur ki, Əsəd elə 2013-cü ildə ölkədə kimyəvi silahların qadağan edilməsi ilə bağlı beynəlxalq konvensiya imzalayıb.
Oxşar xəbərlər
Rusiya Putinin həbsinə order verən prokuror və hakimə qarşı rəsmi ittiham irəli sürdü
Rusiya İstintaq Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokuru Kərim Əhməd Xana və həmin məhkəmənin hakimi Rosario Salvatore Aytaleyə qarşı qiyabi ittiham irə...