Bəşşar Əsədin iki qohumu atışmada ölüb
Suriyadakı rejimin başçısı Bəşşar Əsədin əmisi oğlu Arua Diba atışmada məhv edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, atışma zamanı Bəşşar Əsədin daha bir qohumu Anur Xarun əl-Əsəd də öldürülüb.
Onların narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları bildirilib.
Məlumata görə, Səudiyyə Ərəbistanına göndərilərkən ələ keçirilən kaptaqon sintetik narktoik maddənin pullarının bölünməsi zamanı mübahisə yaranıb.
Bildirilib ki, bu, cinayətkar qruplar arasında atışmaya səbəb olub.
Arua Diba Suriyanın şimal-qərbində yerləşən Latakiya əyalətinin yaxınlığındakı Kardaha bölgəsində ələvilərin təhlükəsizliyi üzrə məsul şəxsdir.
Suriyanın rəsmi KİV-i hadisə ilə bağlı məlumat verməyib.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...