SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə HƏMAS-İsrail münaqişəsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken "X" hesabında yazıb.

"Türkiyənin xarici işlər naziri Fidan ilə HƏMAS-İsrail münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Həmçinin İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyəti müzakirə edildi", - paylaşımda qeyd olunub.

BAKU.WS