Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
01
may
2026
15:32
Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır".
Oxşar xəbərlər
"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işinin bə...