Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR
"Əməkhaqqı artımları ilə bağlı bir sıra sektorlarda artımlar həyata keçirilib. Xüsusən dövlət qulluqçularının vəzifə maaşlarında artım olub".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözərinə görə, Nazirlər Kabineti digər kateqoriyadan olan, inzibati vəzifələrdə çalışan vətəndaşların maaşlarının artırılması ilə bağlı beş ay müddətində təkliflər hazırlayıb təsdiq etməlidir:
"Bu isə o deməkdir ki, həmin vətəndaşların da maaşlarında artımlar gözlənilir. Ümumilikdə sosial siyasət və sosial dəstək tədbirlərinin genişləndirilməsi Azərbaycanda hər zaman prioritet istiqamətlərdən biri olub və bu sahədə addımlar davam etdirilir. Bu baxımdan cənab Prezident tərəfindən imzalanmış fərmanla Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Nazirlər Kabineti tərəfindən qiymətləndirmə və maliyyə hesablamaları aparıldıqdan sonra həmin vətəndaşların maaşlarının artırılması gözlənilir.
Eyni zamanda, Prezident tərəfindən təsdiq edilən və Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılması nəzərdə tutulur. Dəyişikliklərin fevral ayında təsdiq olunduğunu nəzərə alsaq, artıq bu ildən etibarən minimum əməkhaqqı hər il ən azı bir dəfə yenidən qiymətləndiriləcək və artırılacaq. Bu isə institusional və qanunvericilik bazasının möhkəmləndiyini göstərir və minimum əməkhaqqının daha mütəmadi artırılmasına imkan yaradır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Dizel mühərrikli avtomobillər qadağan edilir?
Təxminən altı il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel avtomobillərdən istifadənin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirmişdi....