Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı
Payız-qış mövsümündə kənd yumurtasının qiymətində artım müşahidə olunur.
BAKU.WS-in məlumatına görə, mövsümi amillərlə əlaqədar istehsalın azalması təklifə təsir göstərir və nəticədə məhsulun qiyməti yay ayları ilə müqayisədə yüksəlir.
Bəs qiymət artımı nə qədərdir və qarşıdakı aylarda vəziyyət necə dəyişə bilər?
Mövzu ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli BAKU.WS-ə kənd yumurtasının qiymətindəki dəyişikliklər barədə danışıb.
Onun sözlərinə görə, yay aylarında gündəlik kənd yumurtası istehsalı 320-380 min ədəd olduğu halda, qış aylarında bu göstərici 120 min ədədə qədər azalır:
"İstehsalın aşağı düşməsi məhsulun qiymətinə təsir edir. Bu səbəbdən kənd yumurtası qış aylarında ənənəvi olaraq daha baha satılır. Əvvəllər bir ədəd kənd yumurtasının qiyməti 25 qəpik olduğu halda, hazırda qiymət təxminən 40 qəpiyə çatıb".
Orxan Hüseyn
Oxşar xəbərlər
Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR
Nazirlər Kabineti 14 mart 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin)...