Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA

Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA
Hadisə 20

Azərbaycan Həndbol Federasiyasında çalışan idmançılar və məşqçilər aylardır maaş ala boilmir.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə komandanın üzvləri müraciət edib.

Məlumata görə, artıq bir neçə aydır əməkhaqları ödənilmir.

"Yanvar ayında bütün idmançılar üçün VÖEN açılsa da, yalnız bir aylıq ödəniş edilib. Hazırda federasiyada və klublarda təxminən 200-250 nəfər maaş ala bilmir".

Həmçinin qeyd olunub ki, komanda üzvləri ilə rəsmi əmək müqaviləsi bağlanmayıb.

"Federasiya artıq 10 ildir həndbol fəaliyyəti ilə məşğuldur və bu 10 il ərzində bizə rəsmi şəkildə işlə təmin olunacağımız vəd edilib. Lakin reallıqda bu vədlərin heç biri yerinə yetirilməyib".

Məsələ ilə bağlı federasiyanın baş katibi Yusif Atakişiyevlə əlaqə saxladıq. O BAKU.WS-ə açıqlama verərək maliyyə çətinliklərinin olduğunu təsdiqləyib.

Təəssüf hissi ilə bildiririk ki, Federasiyanin maliyyə sıxıntıları var. 3 ay yox 2 aydır ki əməkhaqqlarını ödəyə bilmirik. O da doğrudur ki, VÖEN-lə ödəniş etmişik, oyunçu və məşqçilərlə xidməti müqavilə bağlamışıq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər