Hakan Fidan Blinken ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Bildirilib ki, Antoni Blinken onu yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edib.
Məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması, modernləşdirilməsi və Ukraynanın taxıl sazişinə dair məsələləri müzakirə ediblər.
Eyni zamanda H.Fidan və A.Blinken iki ölkə arasındakı ortaq gündəlik məsələləri müzakirə etmək üçün ən qısa zamanda yenidən görüşmək istəklərini vurğulayıblar.
Oxşar xəbərlər
Çavuşoğlu və Blinken taxıl sazişini və İsveçin NATO-ya daxil olmasını müzakirə edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub, söhbət zamanı İsveçin NATO-ya daxil olmas...