Çavuşoğlu və Blinken taxıl sazişini və İsveçin NATO-ya daxil olmasını müzakirə edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub, söhbət zamanı İsveçin NATO-ya daxil olması prosesi və taxıl sazişi müzakirə edilib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
“Dövlət katibi Blinken Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. Danışıqlar zamanı Türkiyə ilə ABŞ arasında strateji mexanizmin qarşıdan gələn iclasına hazırlıq, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Nyu Yorkda Türk Evinə edilən hücum, İsveçin NATO-ya qoşulması prosesi və İstanbul taxıl sazişi kimi məsələlər müzakirə edilib”, - mənbə bildirib.
Oxşar xəbərlər
İsveçin xəyalları suya düşdü: İndi gözlər Ərdoğandadır - FOTO
Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra aylardır davam edən qorxu İsveçi yenidən bürüdü. Heç bir şərti yerinə yetirməməsinə baxmayaraq, Kıl...