2032-ci ildə asteroid Yerə çaxıla bilər

2032-ci ildə asteroid Yerə çaxıla bilər
Dünya 55

Beynəlxalq kosmik agentliklər 2024 YR4 adlı asteroidin 22 dekabr 2032-ci ildə Yerə çırpılma ehtimalı olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, Uluslararası Asteroid Xəbərdarlıq Şəbəkəsi (IAWN) bu ehtimalı 1:83 olaraq hesablayıb.

Catalina Sky Survey mühəndisi David Rankin bu ehtimalın nisbətən yüksək olduğunu desə də, asteroidin Yeri ötüb keçəcəyinin daha mümkün olduğunu vurğulayıb. Alimlər gələcək müşahidələrin asteroidin trayektoriyasını daha dəqiq müəyyənləşdirəcəyini bildirir.

Olası təsir bölgələri və risk dərəcəsi

2024 YR4 asteroidi ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki Río Hurtado teleskopu tərəfindən qeydə alınıb. Avropa Kosmik Agentliyi (ESA) və NASA asteroidin Yerə çırpılma ehtimalının 1,3% olduğunu təsdiqləyib.

Əgər asteroid Yerə çırpılarsa, 50 kilometrlik bir ərazidə böyük dağıntılara səbəb ola bilər. Şərqi Sakit Okean, Cənubi Amerikanın şimalı, Afrika və Cənubi Asiya mümkün təsir bölgələri kimi göstərilir. Hazırda Torino Ölçəyində 3-cü səviyyədə yerləşən bu asteroidin risk səviyyəsinin gələcək müşahidələrlə sıfıra enməsi gözlənilir.

NASA asteroidin yönünü dəyişə bilər

NASA və digər agentliklər asteroidin Yeri təhlükəyə atacağı təsdiqlənərsə, DART missiyası kimi müdaxilə strategiyalarını nəzərdən keçirir. 2022-ci ildə NASA DART missiyası ilə bir asteroidin trayektoriyasını dəyişməyə nail olmuşdu. Alimlər bu texnologiyanın 2024 YR4 üçün də istifadə edilə biləcəyini düşünür.

Gələn həftə Vyanada keçiriləcək toplantıda asteroidin Yer üçün real təhlükə olub-olmaması yenidən qiymətləndiriləcək və BMT-yə rəsmi hesabat təqdim olunacaq.

Son xəbərlər