2024 YR4 asteroidi yerlə toqquşa bilər - NASA tarix verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu yaxınlarda kəşf edilmiş 2024 YR4 asteroidi 2032-ci ildə Ay ilə toqquşa bilər.
BAKU.WS xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Mütəxəssislər hazırda toqquşma ehtimalının 1,7 faiz olduğunu bildirirlər. Bununla yanaşı, alimlər asteroidin Yerlə toqquşması ehtimalını praktiki olaraq istisna ediblər - bu, 0,004 faiz təşkil edib, baxmayaraq ki, mütəxəssislər bu yaxınlarda ehtimalı 3,1 faiz qiymətləndirirdilər.
NASA mütəxəssisləri asteroidin diametrini 40-90 metr hesablayıblar.
Qeyd edək ki, bundan əvvəl astronomlar 2024 YR4 asteroidinin 2032-ci ildə 3,1 faiz şansla Yerlə toqquşacağını bildirmişdilər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...