2024-cü ilin ən mühüm arxeoloji kəşfləri açıqlanıb

2024-cü ilin ən mühüm arxeoloji kəşfləri açıqlanıb
Foto
Dünya 109

2024-cü ildə tapılan ən vacib arxeoloji tapıntılar açıqlanıb. Bunlar arasında 12 min illik tarixi olan şaman qadın, qızıl sikkələrlə dolu qazan, 11 min illik dodaq pirsinqi, Zevs başı kimi nadir tapıntılar var.

BAKU.WS sözügedən arxeoloji tapıntıları təqdim edir:

Mardində 25-30 yaşlarında təbii səbəbdən ölmüş qadının çənəsi parçalanmış vəziyyətdə kərpic evin altında aşkar edilib. O ayaq ucuna qoyulmuş vəhşi öküz kəlləsi ilə birlikdə tapılıb. Qəbir çuxurunda qoyun və keçi qalıqları da aşkarlanıb.

Aralıq dənizinin dərinliklərində Krita-Minos sivilizasiyasına aid olduğu təxminən 3 min 600 illik tunc bıçaq tapılıb. Məlumata görə, bu kəşf, mədəni zənginliyin ölçülərini daha da dərinləşdirir. Bu Aralıq dənizinin tarixi ticarət marşrutlarını və mədəni qarşılıqlı əlaqələrini yenidən nəzərdən keçirməyə imkan verən mühüm tapıntı idi.

Yunan mifologiyasında "Tanrılar kralı" kimi tanınan Zevsin 66 santimetr hündürlüyündə olan mərmər başı Afrodita məbədinin yaxınlığında aşkar edilib. Eramızın 2-ci və 3-cü əsrlərinə aid olan 1800 illik mərmər başı Afrodita məbədin ətrafındakı bitki örtüyü təmizlənərkən tapıldı.

Mardində təxminən 11 min il əvvəlki yeniyetmələrə aid məzarlarda qazıntılar zamanı 100-dən çox aksessuar aşkar ediblər. Tapıntıların bədən pirsinqinin sübutu olduğu və pirsinqin yeniyetməlik ritualı ola biləcəyi ehtimal edildi. Bu bəzək əşyalarının ayrı-ayrı şəxslərin qəbirlərində qulaq və çənələrinin yanında olması onların pirsinq kimi taxıldığını sübut edir.

Konya şəhərində qədim təndirlərdən birində 8 min 600 il əvvələ aid çörək qalıqları tapılıb. Tədqiqatlar zamanı qalıqların mayalanmış çörək olduğu aşkarlanıb. Qeyd olunub ki, ortasında barmaq izi olan çörək bişirilmədyib, incə bir gil qatı ilə örtülüb və buna görə də bu günə qədər qorununub.

Son xəbərlər