Şahzadə atasını görmək üçün əvvəldən icazə alacaq - FOTO

Şahzadə Harri bundan sonra atası Kral III Çarlzla görüşmək üçün əvvəldən icazə almalı olacaq.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə bu yay Londona gedən zaman onun "Windsor" qəsrində qalmaq istəyi rədd edilmişdi. Belə ki, Harri gələcəyini əvvəldən bildirmədiyi üçün rəsmi şəkildə onun üçün otaq ayrılmamışdı.

"Windsor" qəsrində qalmağa yer tapa bilməyən Harri məcburiyyətdən oteldə gecələməli olub.
Böyük Britaniya mətbuatının yaydığı məlumata əsasən, Bukingəm sarayı kral ailəsindən ayrılaraq aktrisa həyat yoldaşı Meqan Marklla ABŞ-yə köçən Harriyə atasının görməsi əvvəldən üçün icazə almalı olduğunu deyib.

Oxşar xəbərlər
Şahzadə Harri BU TİTULDAN MƏHRUM EDİLDİ
Şahzadə Harri "Kral Əlahəzrətləri" titulundan məhrum edilib. BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın kral ailəsinin rəsmi saytında bildirib. Belə...
