VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Məşhur futbolçu Kriştano Ronaldo yeni xəbərlə gündəmə gəlib. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanının Milli Günü münasibəti ilə keçirilən tədbirə ərəb geyimində qatılıb.

Ronaldo ilə yanaşı onun komanda yoldaşları da bu geyimdə olublar. Onların bu addımı maraqla qarşılanaraq müzakirələr yaradıb. 

Məlumat üçün bildirək ki, Krallıq sentyabrın 23-də Milli Günü qeyd edəcək. Səudiyyə Ərəbistanında bu gün ilk dəfə 15 il əvvəl, yəni 2007-ci ilin sentyabrın 23-də qeyd edilib. Mötəbər tədbir zamanı krallıqda kütləvi atəşfəşanlıq, hava və dəniz şouları və paradlar təşkil olunacaq.

BAKU.WS