SİZİN REKLAM BURADA!
055 213 76 73


“Apple” yeni İphone 15 cihazlarını təqdim etməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, şirkət 12 sentyabr çərşənbə axşamı saat 20:00-da yeni cihazlarını təqdim edəcəyi "Wonderlust" tədbirini keçirəcək.

Lansmanı “Apple”ın rəsmi saytında canlı izləmək olar.

Məlumata görə, smartfonların ön satışı sentyabrın 15-i cümə günü, satışa çıxarılma tarixi isə bir həftə sonra, sentyabrın 22-də həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, “iPhone 15” və “15 Pro” üçün 6,1 düymlük, “iPhone 15 Plus” və “iPhone 15 Pro Max” (və ya "Ultra") üçün 6,7 düymlük ekran ölçüləri ilə heç bir dəyişiklik gözlənilmir.

“iPhone 15 Pro” və “Pro Max”ın titan korpusla debüt edəcəyi gözlənilir.

Həmçinin “iPhone 15 Pro” seriyasında “Apple Watch Ultra” kimi “Fəaliyyət Düyməsi” də ola bilər.

Bundan başqa, “Apple”ın Avropa Birliyi qanunlarına görə bütün yeni cihazlarını “USB-C”yə çevirməsi gözlənilir.

BAKU.WS
QALEREYA