“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO

“Apple” yeni İphone 15 cihazlarını təqdim etməyə hazırlaşır.
BAKU.WS xəbər verir ki, şirkət 12 sentyabr çərşənbə axşamı saat 20:00-da yeni cihazlarını təqdim edəcəyi "Wonderlust" tədbirini keçirəcək.
Lansmanı “Apple”ın rəsmi saytında canlı izləmək olar.
Məlumata görə, smartfonların ön satışı sentyabrın 15-i cümə günü, satışa çıxarılma tarixi isə bir həftə sonra, sentyabrın 22-də həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, “iPhone 15” və “15 Pro” üçün 6,1 düymlük, “iPhone 15 Plus” və “iPhone 15 Pro Max” (və ya "Ultra") üçün 6,7 düymlük ekran ölçüləri ilə heç bir dəyişiklik gözlənilmir.
“iPhone 15 Pro” və “Pro Max”ın titan korpusla debüt edəcəyi gözlənilir.
Həmçinin “iPhone 15 Pro” seriyasında “Apple Watch Ultra” kimi “Fəaliyyət Düyməsi” də ola bilər.
Bundan başqa, “Apple”ın Avropa Birliyi qanunlarına görə bütün yeni cihazlarını “USB-C”yə çevirməsi gözlənilir.
Qalereya
Oxşar xəbərlər
"Iphone 15" üçün yeni iddia - Qiyməti dodaq uçuqladan olacaq! - FOTO
Hər il yeni modeli ilə texnologiyasevərlərin qarşısına çıxan Apple üçün yeni iddia ortaya atılıb. BAKU.WS haber türk-ə istinadən xəbər verir ki, iPhone 15-in x...
