SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 6-da Kiyevə səfəri zamanı ölkəsinin Ukraynaya 1 milyard dollardan çox yeni yardım paketi ayıracağını açıqlayacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

A.Blinken Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Onun Ukraynaya səfəri iki gün davam edəcək. Səfər zamanı Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişatının müzakirəsi, ölkənin enerji təhlükəsizliyinin yaxşılaşdırılması üzrə tədbirlərin qiymətləndirilməsi planlaşdırılır.

***10:40

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya rəsmi səfərə gedib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

ABŞ Dövlət Departamenti bu barədə rəsmi açıqlama verməyib. Ukrayna KİV-ləri xəbər verir ki, səhər saatlarında Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən bağlanıb. Bu adətən beynəlxalq liderlər və nümayəndə heyətləri paytaxta gələn zaman baş verir.

Xatırladaq ki, A.Blinken sonuncu dəfə Ukraynaya 2022-ci ilin sentyabrında səfər edib.

BAKU.WS