SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Yüksək Seçki Qurumunun (YSK) sədri Əhməd Yener, prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticələrə görə, Rəcəb Tayyib Ərdoğanın səs nisbəti yüzdə 52,18, Kamal Kılıçdaroğlunun isə 47,82 faizdir.

Yenerin açıqlamasına görə, Türkiyə daxilində 52 milyon 93 min 375 seçici səs verib. Səsvermə əmsalı 85,72 faizdir. Xaricdə 56,34 faiz iştirakla 1 milyon 930 min 226 seçici səs verib. Ümumilikdə 84,15 faiz iştirakla 54 milyon 23 min 601 seçici səs verib.

Qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan 27 milyon 834 min 589 və ya 52,18 faiz, Kılıçdaroğlu isə 25 milyon 504 min 724 və ya 47,82 faiz səs toplayıb. Ərdoğan 52,18 faiz səslə prezident seçilib.

BAKU.WS