SİZİN REKLAM BURADA!
055 213 76 73


Süni intellektin köməyi ilə bugünkü gözəllik qavrayışları əsasında “ideal” qadınlar və kişilərin görüntüləri yaradılıb.

BAKU.WS xəbər verir ki, bu, xüsusilə sosial mediada çox məşhur olan gözəllik trendlərindən ibarət görünüşdür.

Süni intellektə görə ideal qadın bədəni belə görünür.

Yaradılan görüntülərin sosial mediada tez-tez rast gəlinən gözəllik qavrayışına uyğun olması olduqca diqqət çəkicidir.

Fotoşəkillərin demək olar ki hamısında qadınların incə beli, əzələli qarnı və dolğun sinəsi var.

Eyni şəkildə, süni zəkadan ideal üz cizgiləri soruşulduğunda nazik sifət quruluşu və mütənasib üz cizgiləri önə çıxıb.

Nəticələrə bir neçə ideal nümunə istisna olmaqla, heç bir fiziki xüsusiyyət daxil edilmir.

Eyni gözəllik standartları kişilərdə də əsas götürülür. İdeal kişi bədənini canlandıran süni intellekt yalnız əzələli insanları yaradır.

Hətta bəzi məqamlarda qeyri-mütənasib bədən xətləri narahat edici ola bilir.

Qadınlarda olduğu kimi, ideal kişi üzünü yaradan süni intellekt, son zamanlar kişilər arasında çox məşhur olan qabarıq və sümüklü üz cizgilərindən istifadə edib.

Süni intellektlə canlandırılan rəsmlər bugünkü gözəllik standartlarının yaxşı təcəssümüdür.

BAKU.WS