SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Özcan Denizin başına iş gəlib. 

BAKU.WS xəbər verir ki, sənətçi evində olan zaman qonşusu onun qapısını döyərək avtomobilini binanın həyətindən çəkməsini tələb edib. 

Bu zaman Özcan qonşudan bunun səbəbini soruşanda o, lyuk açdırmaq istədiyini deyib. İfaçı bundan əsəbiləşib. Binanın həyətində belə bir iş görüləcəyi halda onları əvvəldən xəbərdar etmək lazım olduğunu deyib.

Nəticədə qonşusu ilə Özcan arasında mübahisə yaşanıb. Daha sonra həmin şəxs sənətçiyə, "Sən ölməyə layiqsən, mən silahımı alacam, get silahını al", - sözlərini söyləyərək onu təhdid edib və maşınına getmək istəyib. 

Daha sonra Samar Dadqar baş verənləri telefona çəkdiyini deyib. Həmin an qonşu silahını götürməyə getməyib və Özcanla mübahisəni davam etdirib.

Müğənni və model həyat yoldaşı hüquq-mühafizə orqanlarına məlumat verərək qonşusunu şikayət ediblər. Özcan açıqlamasında ölümlə təhdid edildiyini, ailəsinin və özünün həyatının təhlükə altında olduğunu deyib.

BAKU.WS