Son 4 ildə mənzillərin qiyməti BU QƏDƏR BAHALAŞIB
Son 4 ildə mənzil bazarında 55 faizədək bahalaşma müşahidə edilib. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında qeyd edilib.
BAKU.WS xəbər evrir kiç bahalaşma həm çoxmərtəbəli binalardakı mənzillərdə, həm də müxtəlif yerlərdəki fərdi yaşayış evlərində özünü göstərir.
Ekspert Elnuz Fərzəliyev "Xəbər ertəsi"nə açıqlamasında bildirib ki, bəzi yerlərdə qiymət artımı rəsmi statistik qiymətlərdən də artıqdır. Onun sözlərinə görə, bahalaşma daha çox ipotekaya yararlı evlərdə müşahidə edilir.
Ekpert bildirib ki, hazırda çoxmənzilli binalarda alqı-satqı nisbətən zəifləyib. Lakin payıza doğru canlanma müşahidə olunsa qiymət artımının mümükün olacağı ehtimal edilir. Ekspert bağ evlərində qiymət artımının daha çox olduğunu bildirib. Köhnə tikili binalarda isə bu vəziyyət əksinədir:
"Hazırda fərdi yaşayış evləri, bağ evləri və torpaq sahələrinə tələbat artdığından onların satış qiymətində artımlar var. Paytaxtda minlərlə istismar müddətini bitirmiş köhnə binalar var ki, onlar ipoteka predmentinə çevrilə bilmir deyə onlara tələbatın azalıb. Bu da gələcəkdə onlara qoyulan süni qiymət artımını stabilləşdirəcək".
Ətraflı videoda:
Oxşar xəbərlər
Ən bahalı torpaqlar haradadır? - Regionlar üzrə qiymət fərqləri
"Regionlarda torpaq bazarında da qiymət artımı müşahidə olunur. Hazırda ən bahalı torpaq sahələri turizm və iqtisadi aktivliyin yüksək olduğu şəhərlərdə qeydə a...