Finlandiya prezidenti ölkəsinin NATO-ya üzv olması ilə bağlı qanunu təsdiqlədi

23
mar
2023
21:04
Finlandiya Prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya daxil olması haqqındakı qanunları qəbul edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu qanunlar martın 1-də Finlandiya parlamenti tərəfindən təsdiqlənib.
Finlandiyanın alyansa daxil olması NATO-ya üzv olan bütün ölkələr tərəfindən ratifikasiya edilməlidir, ardınca isə təşkilatın baş katibi Finlandiyanı NATO-ya üzv olmağa dəvət edəcək.
Ölkə hökuməti qeyd edib ki, Finlandiya “mümkün qədər tez” İsveçlə eyni vaxtda NATO-ya daxil olmaq niyyətindədir.
Oxşar xəbərlər
Finlandiya bu ölkəsiz NATO-ya daxil olmayacaq
Finlandiya prezidenti Sauli Niiniste NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ölkəsinin İsveç olmadan NATO-ya üzv olmayacağını bild...
