Yaponiyanın Baş naziri Kiyevə gedib - FOTO/VİDEO

21
mar
2023
17:22
Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə qeyri-rəsmi səfər edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.
Bildirilib ki, Baş nazir prezident Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya gedib.
Səfər Baş nazir Ukraynaya gələnə qədər gizli saxlanılıb. Bundan əvvəl Kişida Yeni Delhidə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Kişida ilə Zelenskinin görüşü barədə martın 21-də məlum olub.
Məlumat üçün bildirək ki, müharibə başlayandan bəri Yaponiya Baş nazirinin Ukraynaya ilk səfəridir.

Oxşar xəbərlər
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edib - VİDEO - YENİLƏNİB
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. AZƏRTAC...
