Zelenski Bəşşar Əsədə 10 il müddətinə sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Suriyadakı rejimin başçısı Bəşşar Hafiz Əl-Əsədə 10 il müddətinə fərdi sanksiya tətbiq edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, uyğun sərəncam Ukrayna Prezidentinin saytında yayılıb.
Məlumata görə, Zelenski Əsədlə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib. Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır.
Qeyd edək ki, martın 14-də Bəşşar Əsəd Moskvaya səfəri zamanı Rusiyanın ilhaq etdiyi Ukrayna vilayətlərini federasiyanın əraziləri olaraq tanıyıb.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...
