VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas edilib.

Report-un Ankara Bürosuna bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyindən məlumat verilib.

Məlumata görə, ana və qızının səhhəti normaldır:

“Antakya rayonunda dağıntılar altında qalan azərbaycanlı Nəzrin Əlizadə və anası Sevda Əliyevanın səhhəti qənaətbəxşdir”.

Bildirilib ki, ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya məruz qalıb, onları xilas etmək mümkün olub. Onlar heç bir əşyalarını götürə bilməyiblər, yaxın tanışlarının evində qalırlar.

Hatayın Antakya və İskenderun şəhərlərində olan böyük dağıntılarla əlaqədar əraziyə əhalinin gəliş-gedişi qadağan olunub.

N.Əlizadə Hatay vilayətinin mərkəzi Antakya şəhərindəki Mustafa Kemal Universitetində yenicə müəllim kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 04:26-da Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

BAKU.WS