5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

Rusiyanın işğalı altında olan Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində güclü partlayış baş verib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Rusiya ilə birlikdəyik" hərəkatının sədri və vilayətin administrasiyasının baş şurasının üzvü Vladimir Roqov teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, şəhərdə avtomobil partlayıb. Hadisə nəticəsində 1 nəfər ölüb.

Zaporojye vilayətinin polis şöbəsindən verilən məlumata görə isə, hadisədə ölən şəxs polis əməkdaşı olub.

Qeyd olunur ki, hazırda yanğın söndürülüb. Partlayış yerində istintaq-əməliyyat qrupu işləyir.

Hadisənin təfərrüatları araşdırılır.

BAKU.WS
VİDEO