SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli müğənni Elif Karlının həbsdə olan həyat yoldaşı Ahmet Cengiz Karlı vəfat edib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, o, 57 yaşında ürək tutmasından dünyasını dəyişib.

Cengiz Karlı 6 aydır ki, Tokat həbsxanasında idi.

1993-cü ildə ailə həyatı quran cütlüyün iki övladı var.

Qeyd edək ki, o, "Sarallar" kimi tanınan mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən əməliyyatda həbs olunmuşdu.  Karlının "hədə", "talan etmə" kimi cinayət əməlləri törətdiyi iddia edilib.

BAKU.WS
QALEREYA