SİZİN REKLAM BURADA!
055 213 76 73


“What a Feeling” hitinin ifaçısı, müğənni və aktrisa Ayrin Kara 63 yaşında ABŞ-da dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, sənətçinin ölümünü agenti Cudit Muz tviterdə bildirib.

Onun sözlərinə görə, Kara Floridadakı evində dünyasını dəyişib. Ölümün səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, Ayrin Kara “Oskar”, “Qızıl Qlobus” və “Qremmi” mükafatı laureatıdır. O, “Flash Dance” filminin saundtreki olan “What a Feeling” mahnısını ifa etdikdən sonra, həmçinin “Şöhrət” filmində iştirakı sayəsində məşhurlaşıb.

BAKU.WS
QALEREYA