Masallıda üç tondan çox istehlaka yararsız ət aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Kürdəbaz kəndində yerləşən fiziki şəxs Mahir Bəbir oğlu Qardaşova məxsus soyuducu anbarda reyd keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı ümumi çəkisi 3 050 kq olan və korlanma əlamətləri müşahidə edilən ət məhsulları aşkar olunub. Həmin məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız məhsulların məhv edilməsi istiqamətində işlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Nazirlik çimərliklərə gedənlərə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Oxu.Az xəbər...