Orta Asiyanın ən böyük məscidinin açılışı oldu - FOTO

Bu gün Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin iştirakı ilə paytaxt Nur-Sultanda inşa edilən məscidin açılış mərasimi reallaşıb.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, açılış mərasimində Özbəkistan, Qırğızıstan, Monqolustan, Rusiya və Misirdən dini nümayəndələr və Qazaxıstandakı müsəlman ölkələrin səfirləri iştirak edib.
Qazaxıstan prezidentliyi postundan istefa verməzdən 1 gün öncə hazırki prezident Kasım-Jomart Tokayev ilə birgə bu məscidin təməlini atdığını bildirən Nursultan Nazarbayev inşa xərcinin iş adamları və könüllülər tərəfindən maliyyələşdirildiyini vurğulayıb.
Qeyd edək ki, 68 min kvadratmetr sahədə inşa edilən məscid Orta Asiyanın ən böyük məscididir. Əsas qübbəsinin diametri 62 metr olan məscid 134 metr hündürlüyə malik 4 minarəyə malikdir.
Eyni zamanda 35 min insanın birgə ibadət edə biləcəyi məscid dünyanın ən böyük 10 məscidi arasındadır.
Qalereya
Oxşar xəbərlər
Qazaxıstan Prezidenti: Nazarbayevlə aramızda heç bir sövdələşmə olmayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birinci dövlət başçısı Nursultan Nazarbayevlə iğtişaşlar dövründə hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsinə dair...
