Daha bir şirkət Rusiya bazarını tərk edir

Daha bir şirkət Rusiya bazarını tərk edir
Siyasət 236

KFC “fast food” şəbəkəsinin sahibi olan “Yum! Brands” şirkəti Rusiyadakı biznesini yerli operatora satmaq üçün əsaslı danışıqlar aparır.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətin mətbuat xidməti məlumat yayıb.

“Şirkət KFC restoranlarını, əməliyyat sistemini və françayzinq hüquqlarını, o cümlədən françayzinq restoran şəbəkəsini yerli operatora ötürmək üçün danışıqların öncül mərhələsindədir”, - şirkətin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə daha bir “fast food” nəhəngi – “McDonals” da Rusiyada bazarını tərk edib.

Oxşar xəbərlər

Son xəbərlər