SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moldovaya 300 milyon avro vəsait ayırıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı son məlumatda bildirilib.

Qeyd olunur ki, maliyyə yardımı Moldovanın enerji təchizatının yaxşılaşdırılmasına kömək məqsədi daşıyır. Ölkə bu pulla qaz əldə edərək ehtiyat yaratmalıdır.

Vəsait enerji təchizatı ilə məşğul olan “JSC Energocom” şirkətinə ödəniləcək. Şirkət bu vəsait ilə Avropanın qaz şəbəkəsindən mavi yanacaq götürəcək.

Hazırda Moldovanı qazla Rusiyanın “Qazprom” şirkəti təmin edir. Şirkətlə müqavilə 2026-cı ildə başa çatacaq.

BAKU.WS