SİZİN REKLAM BURADA!
055 213 76 73


Aprelin 10-da Fransada keçirilən prezident seçkiləri ilə əlaqədar Azərbaycandakı Fransa vətəndaşları üçün Bakıda açılmış səsvermə məntəqəsində qeydə alınan səsvermə nəticəsi açıqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycanda qeydiyyatda olan 189 fransız seçicidən 101 (53,44 %) nəfəri səsvermədə iştirak edib.

Ən çox səs toplayan namizəd hazırkı prezident, mərkəzçi Emmanuel Makron olub. O, 34 səs (34,34 %) yığıb.

Sol qanadın namizədi Jan-Luk Melenşon səslərin 25.25%-ni toplayıb. Belə ki, ona 25 seçici səs verib.

İfrat sağçı təmsilçisi Erik Zemmoura isə 10 seçici (10,10 %) səs verib.

Mari Le Pen 8 səs (8,08 %) toplayıb.

Natali Arthaud və Jan Lassalle hər biri 1 səs (1.1%), Fabien Roussel və Valerie Pekresse hər biri 3 səs (3,03 %), Anne Hidalqo 2 səs (2.2%), Yannik Yadot 8 səs (8.08%), Nikolas Dupont-Aignan 4 səs (4.04) toplayıb.

Bakıda Filip Potouya isə heç bir Fransa vətəndaşı səs verməyib.

BAKU.WS