Azərbaycanda "Son zəng"lə bağlı XƏBƏRDARLIQ edildi
"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun "Son zəng"lə bağlı pul tələb etməsindən-red.) agentlik xəbərdardır, bununla bağlı komissiya yaradılıb".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O, yoxlamaların aparıldığını qeyd edib.
"Son zəng" tədbiri ilə bağlı agentliyin müvafiq təlimatı var. Həmin təlimata əməl etmək mütləqdir. Təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı çağırış edirik. Bütün təhsil müəssisələrinə nümunəvi protokol göndərilib. Şagirdlərin kiçikhəcmli çıxışları, yaradıcı hissələr nəzərdə tutulub. Amma təmtəraqlı, ciddi maliyyə yükü olan tədbir keçirilməsi yolverilməzdir", - o əlavə edib.
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...