VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər Ukraynada gərginlik yenidən artaraq dünyanın bir nömrəli müzakirə mövzusuna çevrilib.

Rusiya bu ölkənin NATO-ya üzvlük istəyini əsas gətirərək, qərb sərhədlərində təhlükəsizlik zəmanəti tələb edir. Təşkilat Ukraynanın şimal alyansına üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirsə də, Kreml bunun yazılı zəmanətini tələb edir.

Lakin NATO bunun nizamnaməsinə zidd olduğunu əsas gətirərək, rədd edir.

Bu mürəkkəb vəziyyətdə Şərqi Avropada müharibə həddinə çatan gərginlik elə bir şəkil alıb ki, bir çox ölkələr artıq Ukraynadaı diplomatların ailələrini təcili ölkədən çıxarır.

“Bu gün Rusiya ordusunun sərhədlərimizə toplaşdığını görürük. Söhbət kifayət qədər güclü birləşmədən gedir. Belarus ərazisində də hərbi hazırlıq gedir. Ora xeyli güclü ordu birləşmələri gətirilib. Bu cür birləşmələrə Rusiyanın uzaq şərqdə daxil olmaqla müxtəlif regionlarından gətirildiyini görürük” -deyə, Ukraynanın Müdafiə Naziri Oleksandr Polişuk Baku TV-ə müsahibəsi zamanı deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO