SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanla Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin direktoru Valentina Antonenko “Dostluq” ordeni ilə, məktəbin müəllimləri Alla Çumak və Yuliya Krılaç isə “Tərəqqi” medalı ilə təltif edilib.

Paytaxt Kiyevdən cəmi 30 kilometrlik məsafədə yerləşən məktəbdə əksər Avropa xalqlarının dillərində, fars, ərəb, yapon və o cümlədən Azərbaycan dilində tədris aparılır. 2015-ci ildən azərbaycanlı akademikin adını daşıyan təhsil ocağı bu baxımdan birinci dərəcəli linqvistik məktəb sayılır.

2400 şagirdin təhsil aldığı məktəbdə yerli ukraynalılarla yanaşı, burada daimi və müvəqqəti yaşayan müxtəlif millətlərdən olan uşaqlar da təhsil alır. İrpen şəhərinin mərkəzi parklarından biri də 2003-cü ildən Zərifə Əliyevanın adını daşıyır. 2004-cü ildə isə burada görkəmli akademikin büstü ucaldılıb. Bundan başqa, parkın yaxınlığındakı şəhərin mərkəzi küçələrindən biri də akademikin adını daşıyır. Azərbaycanlı akademikin adını daşıyan park elə birbaşa eyniadlı küçəyə açılır. Parkda ilin müxtəlif mövsümündə yerli sakinlər və şəhərin qonaqları ziyarətçi olur, istirahət edirlər.

Qeyd edək ki, sözügedən küçə həmçinin akademik Zərifə Əliyevanın adını daşıyan parkla məktəbi də birləşdirir.

Ətraflı BAKU.TV-nin videosunu təqdim edirik:

BAKU.WS
VİDEO